Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələdən əziyyət çəkən insanlara dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti yardımı qardaş ölkəyə yola salınıb.
Modern.az-ın məlumatına görə, nazirliyin nümayəndəsi Yasin Musayev yardımın 9 yük avtomobilindən ibarət olduğunu qeyd edib. Bildirib ki, budəfəki yardıma 1015 çadır, 240 qızdırıcı və digər vasitələr daxildir.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.