Modern.az

Ərdoğan Baykalın ailəsinə başsağlığı verdi

Ərdoğan Baykalın ailəsinə başsağlığı verdi

Aktual

11 Fevral 2023, 15:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tanınmış siyasətçi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Dəniz Baykalın vəfatı ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, Ərdoğan bu barədə tvitter hesabında paylaşım edib.

 

"Türkiyə siyasətinin dəyərli simalarından biri, CHP-nin keçmiş sədri, keçmiş nazirlərimizdən Dəniz Baykala Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı verirəm", - paylaşımda deyilir.

 

Qeyd edək ki, Türkiyənin tanınmış siyasətçisi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykal vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı