"Heç bir vətəndaşımızı dağıntı altında qoymayacağıq".
Modern.az xəbər verir ki, bunu Diyarbakırda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, zəlzələ bölgəsində ən qısa zamanda bərpa işlərinə start veriləcək.
“Yenidənqurma üçün planlar qururuq. 1-2 həftə ərzində sürətlə yenidənqurmaya başlayacağıq”, - Türkiyə lideri deyib.
Ərdoğan, həmçinin vurğulayıb ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ 1999-cu ildə qeydə alınmış fəlakətdən üç dəfə güclü olub.