Türkiyənin bir neçə şəhərində axtarış-xilasetmə işləri yekunlaşıb.
Modern.az xəbər verir ki, bunu Diyarbakırda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, xilasetmə qrupları dağıntıların daha ağır olduğu Kahramanmaraş, Hatay və Adıyamana göndərilib.
Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb, 80 097 nəfər yaralanıb.