Modern.az

Mənə ilk zəng edən Ceyhun Bayramov olub - Çavuşoğlu

Mənə ilk zəng edən Ceyhun Bayramov olub - Çavuşoğlu

Aktual

11 Fevral 2023, 16:13

"Bu gün can Azərbaycanın xarici işlər naziri ilə zəlzələnin mərkəzi olan Kahramanmaraşda birlikdəyik".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

 

O, Azərbaycanın XİN başçısına təşəkkürünü bildirib.

 

“Kahramanmaraşa səfər etdiyinə görə qardaşıma təşəkkür edirəm. Ötən gün Şimali Kiprin xarici işlər nazirini Ankarada qəbul etdik. Zəlzələ bölgəsinə ilk səfər edən xarici işlər naziri Ceyhun Bayramovdur. Zəlzələ olandan sonra mənə ilk zəng edən Azərbaycanın xarici işlər naziri olub”, - deyə Çavuşoğlu vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır