Türkiyəyə ilk yardımı Azərbaycan göndərdi.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Türkiyədə son illər baş verən təbii fəlakətlərdə olduğu kimi, yenə də ilk dəstəyi Azərbaycan göstərdi. Bu, bir millət, iki dövlət olduğumuzun göstəricisidir”, - deyə XİN başçısı vurğulayıb.