Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 62-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
Modern.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 6 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 46 maşınının, həmçinin BQXK-nə məxsus 12 avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.