Modern.az

Ayı və balaca Ceyhun

Ayı və balaca Ceyhun

Aktual

25 İyun 2013, 17:19

Şamaxıda ayının kəndə hücumu yadıma qışda oğlum ücün uydurduğum nağılı saldı. Balacalar məndən coxlu nagıl istəyirlər. Mən də bildiklərimi danışırdım.Bəzən ele olurduki danışdıgım nagılı məndən əvvəl nənələrindən eşitmiş olurdular. Nagılın unutdugum hissələri də olurdu. Onda uşaqlar məni nagılı səhv danışmaqda günahlandırıdılar. Mən də məcbur olub onlara özümün nagıllarımı uydurudum. Bu da onlardan biridir. "Ayı və balaca Ceyhun" .

AYI VƏ BALACA CEYHUNUN NAĞILI

Biri var imiş bir yox imiş. Dağların ətəyində yerləşən bir kənddə gənc bir ailə yaşayırmış. Bu ailənin iki oğlu var imiş. Birinin adı Fərhad (6)digərinki isə Ceyhun (3) imiş. Bu uşaqların hər iksi qarla oynamağı çox sevirmişlər. Qarlı qış günlərinin birində uşaqlar qartopu oynayan zaman anası onları çağırır və kəndin digər hissəsində yaşayan qohumugilə gedir.Güclü qar yağdığından hər yer ağappaq imiş. Ana övladlarının əlindən tutub yol yeridiyi zaman birdən bərk çovğun baş qaldırır. Çoğvğun o qədər şiddətli olur ki, hər tərəfi görünməz edir.Bu zaman ananın kiçik oğlu əlindən çıxır. Güclü çovğun tez bir zamanda Ceyhunu görünməz edir. Ana böyük oğlu ilə bərabər balacasını nə qədər axtarsa da tapa bilmir.Ana və qardaşı Ceyhunu axtardığı bir zamanda artıq balaca Ceyhun qarla yumurlanıb qar topasına dönübmüş. Yumurlanan qar topası isə düz meşənin ətyinədək diyirlənir.Bu zaman meşədə olan ayı öz balası üçün qida axtarırmış. Ayı ov axtardığı zaman birdən yoluna qar topası çıxır. Topanın içindən insan iyi gəldiyini hiss edən ayı onu burnunun ucu ilə diyirləyə- diyirləyə meşənin dərinliyinə , öz yuvasınadək aparır. Yuvasında isə onu balaca balası gözləyirdi.Ayı balası ilə birlikdə qar topasını dağıdır və onun içindən ona gülümsəyərək baxan bir uşaq görür. Uşağın gülümsəməyi ayının və onun balasının diqqətini çəkir. Uşaq da ayı balasına yaxın gedir. Bala ayı ilə uşağın bir birinə yaxınlaşdığını görə ana ayı uşağı yeməkdən vaz keçir və öz balası ilə birlikdə ona da baxmağa başlayır. Ayı gündüzlər meşədən tapdığı qidaları yuvasına gətirir və əldə elədiyi ovu balası bərabər uşaq arasında bölür. Gecələr isə üşüməsin deyə hər ikisini qucağına alıb yuvasına çəkilirmiş. Bunlar burda qalsın sizə danışım uşağın anasından. Övladını qarda itirən ana, hər gün onun axtarışına çıxır. Hər yerdə balasını axtarır. Onunla yanaşı bütün kənd camaatı da balaca Ceyhunun axtarışına çıxır.Amma Ceyhunu gördüm deyən olmur. Ceyhunun qardaşı Fərhad isə tez-tez yuxusunda qardaşını görür…Qış bitir, yaz gəlir…. Amma Ceyhunu gördüm deyən olmur. Bu kəndin Cabir adlı bir ovçusu da olur. Bir gün ovçu meşədə ov edərkən qulağına uşaq səsi gəlir. Diqqət edir və görür ki, əvvvəlcə ayı nəriltisi sonra isə uşaq gülüşü eşidilir. Ovçu əvvəlcə eşitdiklərinə inanmır.İstəyir başına gələnləri gedib kənddə danışsın. Əvvəlcə evdə arvadına danışır. Arvadı ona deyir ki, sən çox qocalmısan və qulağına səs gəlib. Ağzını açıb kiməsə bu barədə desən deyərlər Cabirin başına hava gəlib. Kişi də arvadının sözü ilə razılaşıb eşitdiklərini kimsəyə söyləmir. Beləcə bir neçə gün də keçir. Ovçu Cabir yenə də ova gedir. Eyni mənzərə ilə qarşılaşanda isə artıq o, gördüklərini mütləq danışacağına söz verir. Kəndə dönür və başına gələnləri ağsaqqallara danışır. Bu xəbər tez bir zamanda bütün ümidlərini kəsmiş balaca Seyhunun ailəsinə çatır. Ceyhunun anası və qardaşı kəndin mərkəzinə gələndə görürlər ki bütün camaat onları gözləyir.Əllərində fənər və ov silah götürən kənd sakinləri Ceyhunu xilas etmək üçün meşəyə, ovçunun verdiyi istiqamət üzrə gedirlər. Nəhayət gəlib ovçunun dediyi yerdə qərar tuutur və gələn səsə qulaq verirlər. Görürlər ki, həqiqətən də eyni saat başlayanda əvvəlcə uşaq gülüşü sonra isə ayı nəriltisi gəlir. Sən demə ayı bəlli saatlarda balası ilə uşağı götürür və meşəni gəzməyə çıxırmış. Kəndlilər bir azda irəli yeriyib olanlara diqqət yetirilər.Gördükləri mənzərə onları dəhşətə gətirir. Ana ayı öz balası ilə yanaşı balaca Ceyhunu da oxşayır və oynadırdı. Bir ayağında öz balası digərində isə balaca Seyhun oturmuşdu. Bu mənzərəni görən kənd camaatı lap mətəll qalmışdılar. Ovçu Cabir isə bu zaman silahının tətiyini çəkib atəş açmağa hazırlaşırdı.Kəndin ağsaqqalları və Ceyhunun anası nə qədər təkid etsə də ovçu ayını vurmaqda qərarlı idi. O, silahın tətiyini çəkən zaman Ceyhunun qardaşı ovçunun silahını itələyir.Lakin gec idi.Silahdan atəş açılmışdı. Atəş səsini eşidən ayı isə həm öz balasını həm də balaca Ceyhunu bağrına basıb gizlədir. Atəş isə ayıya çiynindən dəyir. Yaralı ayı nərildəyə nərildəyə həm öz baasını həm də balaca Ceyhunu insanlardan qorumaq üçün özünü qabağa atır. Ovçu yenə də atəş açmaq istəyəndə kənd camaatı ona mane olur. Ceyhun isə yaralı ayıya sığınıb qışqırır və ayını vurmamağı xahiş edir. Arıtq ayı yaralı olduğundan tərpənə bilmirdi. Ceyhun isə ayını qucaqlayıb insanlardan onu sağaltmağı istəyirdi. Yarlı ayının isə yardım almaqdan başqa çarəsi qalmamışdı. Həkim çağırıb yaralı ayının çiyninə dərman vururlar. Ceyhun hər gün anası və qardaşı ilə bərabər meşəyə gəlir yaralı ayının yarasını dəyişirdi. Ayı da Ceyhunu görəndə sevinirdi. Ceyhuna görə onun anasını və qardaşını da sevməyə başlamışdı. Bir neçə aydan sonra ayı tam sağalır. Amma Ceyhun ayını və onun balasını heç zaman unutmur…. Getdiyi bağçada və dostlarına ayının onu necə qoruduğundan danışır. Ceyhun deyir ki, əgər insanlar heyvanları sevsələr heyvanlar da heç zaman onlara ziyan verməz.

Qənirə Ataşova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı