Modern.az

Bu xəstəxanaya yeni direktor təyin olundu - FOTO

Bu xəstəxanaya yeni direktor təyin olundu - FOTO

Aktual

24 Avqust 2026, 12:26

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb.

Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının, 2020-2025-ci illərdə isə Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Nuridə Məmmədova olub. O, bu ayın əvvəlində yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq öz istəyi ilə tutduğu vəzifədən azad olunub. (İqtisadiyyat.az)

Anar Bayramov bu xəstəxanaya direktor təyin etdi - FOTO

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...