Modern.az

Azərbaycan-Özbəkistan qardaşlığı Türk dünyasına güc verir

Azərbaycan-Özbəkistan qardaşlığı Türk dünyasına güc verir

Aktual

24 Avqust 2026, 13:40

“Azərbaycan və Özbəkistan arasında münasibətlər bu gün özünün ən yüksək inkişaf mərhələlərindən birini yaşayır. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri bir daha göstərdi ki, xalqlarımızı birləşdirən tarixi, mədəni və mənəvi bağlar dövlətlərarası münasibətlərimizin möhkəm təməlini təşkil edir”.

Bunu Milli QHT Forumunun sədri Ramil İsgəndərli Modern.az-a açıqlamasında deyib.

O bildirib ki, Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi, yeni sənədlərin imzalanması və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar iki ölkə arasındakı münasibətlərin artıq çoxşaxəli və praktiki xarakter daşıdığını göstərir:

“Bu səfər çərçivəsində əldə olunan razılaşmalar Azərbaycan–Özbəkistan əlaqələrinin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İqtisadi, siyasi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsi iki ölkənin qarşılıqlı maraqlarına xidmət edir.

Prezident İlham Əliyevin ali dərəcəli “Dostluq” ordeni ilə, Prezident Şavkat Mirziyoyevin isə Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi Azərbaycan və Özbəkistan liderləri arasında mövcud olan qarşılıqlı hörmət və yüksək etimadın rəmzi ifadəsidir”.

R.İsgəndərli qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafı Türk dünyasında həmrəyliyin və əməkdaşlığın güclənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır:

“Əminəm ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan əbədi dostluğunun və qardaşlığının daha da möhkəmlənməsinə mühüm töhfə verəcək. Bu münasibətlər həm ölkələrimizin inkişafı, həm də Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Qarşıdakı dövrdə Azərbaycan və Özbəkistan arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə daha da genişlənəcəyinə inanmaq üçün ciddi əsaslar var”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...