Noyabrın 3-də Bakıdakı “Həştərxan İş Mərkəzi”nin açıq meydançasında “Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi baş tutub.
“Rusiya-Azərbaycan Tarla Günü” kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisində Rusiyanı 14 müəssisə təmsil edib.
Sərgidə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Rusiyanın müvafiq qurumlarının nümayəndələri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir “Həştərxan İş Mərkəzi”nin könfrans zalında dəyirmi masa ilə davam edib.
“İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İB-nin sədri Mirata Ağayev tədbirdə çıxış edərək sərginin keçirilməsinin əhəmiyyətini qeyd edib, bu cür tədbirlərin keçirilməsinin yerli fermerlər və kənd təsərrüfatı mütəxəssisləri üçün çox səmərəli olacağını vurğulayıbdır.