Modern.az

“Range Rover”dən 9400 dollar oğurlandı

“Range Rover”dən 9400 dollar oğurlandı

Aktual

3 Dekabr 2024, 11:05

Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib.

Modern.az DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş “Range Rover” markalı avtomobilindən 9400 ABŞ dollarının oğurlandığını bildirib.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı N.Cəmilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!