Modern.az

Güllü Muradovanın əri həbs olundu

Güllü Muradovanın əri həbs olundu

Aktual

Bu gün, 09:50

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib.

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb.

Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib.

Məhkəmənin müvafiq qərarı ilə Rasim Yusifov barəsində 25 sutka müddətinə inzibati həbs qərarı verilib.

Bundan əlavə, o, müvafiq narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb edilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İrandan şok xəbərdarlıq - Hazır olun, vuracağıq!