Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Asıanov Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırımı ziyarət edib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyindən bildirilib.
Görüş zamanı TDT çərçivəsində həyata keçirilən əməkdaşlıq, eləcə də Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.