Modern.az

Rusiya 1000 əsgərin cəsədini Kiyevə təhvil verib

Rusiya 1000 əsgərin cəsədini Kiyevə təhvil verib

Aktual

17 İyul 2025, 12:30

Rusiya həlak olan 19 əsgərin cəsədini geri qaytarıb. Bunun müqabilində Moskva Ukrayna Silahlı Qüvvələrinin 1000 əsgərinin cəsədini Kiyevə təhvil verib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

Medinskinin sözlərinə görə, mübadilə İstanbulda aparılan danışıqlar zamanı bağlanan razılaşmalar çərçivəsində həyata keçirilib.

Sonuncu dəfə Rusiya və Ukrayna ölənlərin cəsədlərini iyunun ortalarında dəyişdiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?