Modern.az

Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib

Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib

Aktual

18 İyul 2025, 10:07

Bu gün “Badamdar” mehmanxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibliiclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə VK Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra tədbir Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb, Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi