Modern.az

Füzulidə 3 tondan çox çətənə kolu məhv edildi

Füzulidə 3 tondan çox çətənə kolu məhv edildi

Aktual

19 İyul 2025, 15:44

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Divanlar kəndinin ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 7052 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?