Modern.az

860 abonentin qazı kəsiləcək

860 abonentin qazı kəsiləcək

Aktual

12 Avqust 2025, 19:55

Ağdaş rayonunun bəzi ərazilərində qaz olmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində Ağdaş rayonu ərazisində Şəmsabad QPS-dən qidalanan Ərəb, Hüşün və Kükək kəndlərini təbii qazla təmin edən D-159 mm-lik ortatəzyiqli əhali qaz xəttinin kipliyə davamlılığının yoxlanılması məqsədilə 13.08.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək cəmi 860 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

 

İşlər başa çatdırıldıqdan sonra isə qazın verilməsi bərpa olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!