Modern.az

Bakıda çinar ağacı aşdı - 3 nəfər xəsarət aldı

Bakıda çinar ağacı aşdı - 3 nəfər xəsarət aldı

Aktual

30 Oktyabr 2025, 11:36

Bakıda güclü külək nəticəsində çinar ağacı aşıb.

Modern.az xəbər verir ki, hadisə Y.Məmmədəliyev küçəsi ev 7-nin qarşısında qeydə alınıb.

Hadisə nəticəsində Bakı şəhər sakinləri - 2004-cü il təvəllüdlü Nəzrin Müşfiq qızı Mikayılova, 1993-cü il təvəllüdlü Arif Şakiroviç Xoderev və 2002-ci il təvəllüdlü Ramil Ramis oğlu Hüseynov ağacın altında qalaraq xəsarət alıblar.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. (Mənbə "Report")

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır