Modern.az

Daha bir şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu

Daha bir şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu

Aktual

Bu gün, 16:38

Daha bir şirkət rəhbərinin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub.

Modern.az xəbər verir ki, "Elegant Residence" Mənzil-Tikinti Kooperativinin fondlara ümumilikdə 12 min 709 manat vergi borcu yaranıb. Lakin ödənişlər vaxtında yerinə yetirilməyib.

Borcların ödənilməsi üçün aidiyyəti qurum tərəfindən dəfələrlə şirkətə bildirişlər göndərilib. Bu da əhəmiyyət verməyəndə dövlət qurumu məhkəmədə şirkətə qarşı iddia qaldırıb. İddiada borclar ödənilənədək şirkətin rəhbəri, 34 yaşlı Nicat Pənahzadənin ölkədən çıxışına müvəqqəti qadağa qoyulması istənilib.

Məhkəmə bu iddanı təmin edib və N. Pənahzadənin Azərbayandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub.

Qeyd edək ki, mediada Bakının Həsən Əliyev, Mərdanov qardaşlarıvə Sabit Rəhman küçələrinin kəsişməsində yerləşən "Elegant Residence" Mənzil-Tikinti Kooperativi barədə bir sıra xəbərlər yayılıb. Həmin xəbərlərdə sakinlərin şirkətdən narazı olduqları bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?