Modern.az

GUAM-ın gündəmində 4 məsələ var - AÇIQLAMA

GUAM-ın gündəmində 4 məsələ var - AÇIQLAMA

Aktual

Bu gün, 12:40

Bu gün Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. Bir sıra təşkilatların da sədrliyini həyata keçirir. Azərbaycanın qurucularından və 2024-cü ildən sədrliyini həyata keçirdiyi təşkilatlardan biri də Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatdır (GUAM).

Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın üzvü olduğu təşkilatın fəaliyyəti ictimaiyyətdə maraq doğurur.

Hazırda təşkilatın hansı işlər üzrə çalışdığı diqqətçəkən məqamdır.

Modern.az-a açıqlamasında Milli Məclisin GUAM Parlament Assambleyasının üzvü Vüqar İskəndərov bildirib ki, son dövrlər regionun geosiyasi durumunun sürətlə dəyişməsi fonunda GUAM təşkilatının fəaliyyəti diqqətdən kənarda qalmış kimi görünür:

“Lakin bu, səssizlik fəaliyyətsiz işləmək anlamına gəlmir. Əksinə düşünürük ki, təşkilat hazırda praktiki və iqtisadi müstəviyə keçid edə bilər. GUAM-ın hazırki gündəminin mərkəzində nəqliyyat dəhlizi layihəsi dayanıb. Ukraynadakı müharibə ənənəvi şimal marşrutları təhlükəli olduğu üçün Xəzər-Qaradəniz marşrutu Orta Dəhlizin mühüm seqmentinə çevrilməkdədir. Üzv ölkələr arasında gömrük prosedurlarının rəqəmsallaşdırılması və vahid tranzit sərhədlərinin tətbiqi istiqamətində çox ciddi, texniki işlər hazırda aparılır. 2024-cü ildən etibarən sədrliyin Azərbaycana keçməsi  fəaliyyətə yeni dinamika qazandırıb. Burada nəzərə almalı olduğumuz məqamlar var. Belə ki, bərpaolunan enerjinin ötürülməsi sahəsindəki əməkdaşlıq bizim üçün prioritetdir. Rəqəmsal ticarətdə üzv dövlətlər arasında elektron ticarət platformasının genişləndirilməsi və təbii ki, beynəlxalq təşkilatlar-BMT, ATƏT çərçivəsində bir-birinə sverenliyini dəstəkləyən diplomatik blokun qorunması bu gün də davam etməkdədir”.

Deputat qeyd edib ki, təşkilatın aktivliyinin az görünməsinin obyektiv səbəbləri mövcuddur:

“Bu, Ukrayna-Rusiya müharibəsi və üzv ölkələrin fərqli inteqrasiya prioritetləri ilə bağlıdır. Məsələn Moldova və Gürcüstanın Avropa Birliyinə namizədlik statusu yüksəksəviyyəli siyasi sammitləri arxa plana çevirib. Düzdür, son zamanlar Gürcüstanla bağlı problemlər mövcuddur. Yenə də o ölkə əsas xarici siyasətində faktiki bunu ortaya qoyur. Ümumiyyətlə, bu gün GUAM faktiki olaraq iqtisadi sağ qalmaq və logistik imkanlar platformasıdır. Bu çox vacib məsələdir. Ölkəmiz üçün bu təşkilat Qərb istiqamətindəki ticarət yollarına divesfikasiyası və regional tərəfdaşlarla birbaşa təmas nöqtəsi kimi strateji əhəmiyyətini qoruyub saxlayır. Digər beynəlxalq platformalarda olduğu kimi, Azərbaycan GUAM-da da öz vacib mövqeyini önə çəkir. Azərbaycan üzv olduğu təşkilatların inkişaf etdirilməsi, onun daha geniş sahələrə nüfuz etməsi üçün çox vacib addımlar atmaqdadır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi