Modern.az

Əlibaba Əliyevə vəzifə verilib

Əlibaba Əliyevə vəzifə verilib

Media

16 Aprel 2026, 11:25

“Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC-nin (Teleradio) rəhbəri dəyişib.

Modern.az xəbər verir ki, qurumda baş direktorunun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib.

Onun yerinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub.

Qeyd edək ki, Ə.Əliyev eyni zamanda, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) marketinq və ictimaiyyətlə əlaqələr departamentinin direktorudur.

T.Əsgərzadə isə bu vəzifəyə ötən ilin yanvar ayında təyin edilmişdi. (APA)

Sizə yeni x var
Keçid et
Putindən əhaliyə TƏCİLİ ÇAĞIRIŞ - Moskvadan çıxın!