Modern.az

Azərbaycanın neft gəlirləri açıqlandı

Azərbaycanın neft gəlirləri açıqlandı

İqtisadiyyat

16 Aprel 2026, 10:51

Azərbaycanın 2026-cı ilin 1 yanvar–1 aprel tarixlərini əhatə edən dövrdə xam neft ixracından əldə etdiyi gəlirin həcmi açıqlanıb.

Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, qeyd olunan müddət ərzində ölkədən 5 milyon tondan artıq xam neft ixrac olunub.

Rəsmi məlumatda bildirilir ki, bu ixrac nəticəsində Azərbaycanın əldə etdiyi ümumi gəlir 2 milyard 500 milyon 709 min ABŞ dolları təşkil edib. Statistikaya əsasən, ixracın əsas hissəsi Avropa ölkələrinin payına düşüb və xüsusilə İtaliya bu sahədə lider mövqedədir.

Hesabatda həmçinin ölkələr üzrə ixracın həcmi və əldə edilən gəlirin bölgüsü də təqdim olunub. Bu göstəricilər Azərbaycanın enerji ixracında Avropa bazarının hələ də əsas istiqamət olaraq qaldığını göstərir.

Ölkələr üzrə ixracın həcmi

Əldə olunan gəlirin məbləği(ABŞ dolları ilə)

İtaliya                     3 273 515.13 ton

 1 614 411.76 dollar

Çexiya                       355 470.34 ton

184 328.19 dollar

Rumıniya                   372 051.77 ton

178 619.93 dollar

Almaniya                    270 476.00 ton

127 484.41 dollar

Portuqaliya                      223 549.41

112 357.89 dollar

Tunis                          183 708.58 ton

94 503.37 dollar

Bolqarıstan                130 821.20 ton

67 865.34 dollar

Xorvatiya                     86 166.17 ton

 40 819.95 dollar

Türkiyə                       56 030.91 ton

25 891.25 dollar

Fransa                        61 000.04 ton

24 140.00 dollar

Digərləri                      65 044.78 ton

 30 287.43 dollar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?