Modern.az

Cavanşir Feyziyevin “Türk dövlətləri birliyi: qlobal inteqrasiyanın türk modeli” kitabı haqqında bir neçə söz

Cavanşir Feyziyevin “Türk dövlətləri birliyi: qlobal inteqrasiyanın türk modeli” kitabı haqqında bir neçə söz

Aktual

Bu gün, 11:13

Bu möhtəşəm kitabı işimin basabas vaxtında oxumağımın və indi bu yazını yazmağımın əsas səbəbkarı İkram Məmmədov oldu. O, bu unikal kitabı 28 May Akademiyasında mənə verəndə dedi ki, yerli, bu kitabı oxu, xoşuna gəlsə barəsində yaz, gəlməsə yenə də öz işində ol. Formatı 70/100, fiziki çap vərəqi 19,5 olan bu kitabı balaca bir “yerli” kimi varaqlayıb böyük bir türk kimi çox sürətlə (3 gün ərzində) oxuyub başa çatdırdım.
Sözün əsil mənasında, kitabdan ləzzət aldım. Bu kitabı oxuyan başqa mərifətli oxucular kimi mənim də gözümdə London-Bakı arasında barəsində xoşagəlməz “qlobal” müzakirələr aparılan biznesmen Cavanşir Feyziyev obrazı tamamilə dəyişdi. Onun yerini əsil alim, ziyalı, diplomat, türk sevdalısı olan Feyziyev Cavanşir obrazı əvəz elədi…

Kitab 2013- cü ildə çap olunub. Təkrar nəşri 2025- ci ildə işıq üzü görüb. Kitab 6 fəsildən ( Tarixdən doğulan gələcək, Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümünəsi kimi, Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri, Beynəlxaq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti, Sarsılmaz təməllər üzərində, Türk Dövlətləri Birliyinin strategiyası) , 24 başlıqdan ( Türk dövlətçiliyinin genezisi:tarixi-siyasi münasibətlərin dinamikası, İmperiyalar səltənətində, Səpələnmişlərin bütövləşməsi, Türk birliyi ideyasının təkamülü, Dünya mədəniyyətinin inkişaf tarixində türklər, Orxan abidələri:realizm və uzaqgörənlik örnəyi, İpək yolu mədəniyyəti və onun qoruyucuları-türklər, Türk sivilizasiyasının funksional keyfiyyətləri:multikulturalizm arenasında türk varlığı, Asiya və Avropa:türklərin görüşdürdüyü dünyalar, Rusiya Avraasiyaçılığı, Qərbin Avrasiya siyasəti:dəyişməzlər və dəyişənlər, Qafqaz və Mərkəzi Asiya geopolitikasında yeni istiqamətlər:Avrasiyanın “Türk konsensusu”, Ümumdünya inteqrasiyası:prioritetlərin yenidən dəyərləndirilməsi, Avropa və Türklər, Bütöv Azərbatycan vahid Türk dünyasının tərkib hissəsi kimi, Beynəlxalq siyasətin avanqardı, beynəlxalq hüququn Subyekti-Türk Dövlətləri Birliyi, Türkiyə və Azərbaycan: dünya türklüynün cazibə mərkəzi, Vəhdətin anatomiyası: böyük birliyin labüdlüyü, Siyasi-mədəni inteqrasiyanın humanitar əsasları, Müttəfiqləşmənin ideologiyası və konseptual prinsipləri, Ümumtürk geopolitik əlaqələrin dinamik sistemi, Dünya miqyasında ümumtürk təşkilatlanması, Ümumtürk strategiyası: məqsədlər və vəzifələr, Qloballaşma və Türk Dövlətləri Birliyi) ibarətdir…

Ön sözün müəllifi akademik Yaqub Mahmudovdur. İstinad edilən ədəbiyyatın sayı 315-dir. Bunun 141- i Azərbaycan, Türkiyə türkcəsində, 58- i rus, yerdə qalanı ingilis dilindədir. Kitabda Türk dünyasının, sözünün, siyasətinin, mədəniyyətinin, iqtisadiyyatının, tarixinin, dövlətçiliyinin, millətçiliyinin, ümmətçiliyinin dialektik inkişafinın bütöv tarixi tarixi ardıcıllıqla başqa sivilizasiyalara müqayisəli şəkildə araşdırılıb, Türk ruhunun 3000 illik təkamülünə aydın işıq salınıb. Kitabda türklər barədə ta qədim zamanlardan bu günə kimin deyilən dağınıq yaxşı və pis fikirlər mikraskop altında fərqli mənbələrdən götürülərək bir yerə toparlanıb və müəllif tərəfində hamısına çox orjinal münasibət bildirilib. Qənaətimcə, türklər barədə hələ indiyə kimi mikro və makto nəşiriyyatlarda belə fundamental kitab basılmayıb. Kitabda Türk Dövlətləri Birliyinin yaranması zərurəti elmi və siyasi cəhətdən çox dolğun şəkildə qabardılıb. Kitabda türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının dərin qatları, böyük ipək yolu siyasətinin mahiyyəti və vacibliyi lazimi səviyyədə vurğulanıb. Kitabda türk geosiyasi regionunun, türk geosiyasi sisteminə, onun da öz növbəsində Türk Dövlətlər Birliyinə transformasiyasının qanunauyğunluğu diqqət mərkəzində saxlanılıb. Kitabda türk dövlətlərinin ortaya qoyduğu birlik mödeli qloballaşma prosesində beynəlxalq siyasi təcrübənin yeni forması şəklində tədqiq edilib…

Kitabdan bəlli olur ki, Avrasiya məkanı türkün məkanıdır. Bu məkanda türklər 16 imperiya, 100-dən çox dövlət yaradıblar. Bu böyük ruhun sahibləri Qərblə Şərq arasında körpü rolunu oynayıblar. Yad mədəniyyətləri bir-birinə qovuşdurublar. Türklər məhz, bu qutsal məkanda yaratdıqları imperiya və dövlətlər vasitəsilə həm özləri özlərini zənginləşdirilir və zamanla bu zənginliyi inkişaf etdiriblər, həm də dünya mədəniyyətinə, siyasətinə və. sair nənəsinə yeniliklər gətiriblər, həmçinin, bəşəri sivilizasiyaların barından zamanla bəhrələniblər. Təbii ki, bu məkana o yandan çinlilər, bu yandan ruslar, farslar, havadan qərblilər də iddialı olublar. Və bu iddiaların toqquşması dünyanı öz təbii halından çıxardıb onu indiki siyasi halətə salıb. Türklər bu qutsal məkanda ta qədim zamanlardan bu günə kimi hansı axınları yaradıblar? Hansı tarixi axına qarşı axıblar?

Dünyanın siyasi, elmi, iqtisadi, fəlsəfi simasını necə dəyişiblər və bəzən nələrin müqabilindəsə özləri də dəyişiblər? Türk özünə dönən zamanda vəziyyəti necə olub, özündən çıxanda əziyyəti haracan artlb? Kitabda belə sualların miqdarı və ona verilən dolğun cavabların sayı çoxdur…

Kitabda hər sətrin altında bir məna dayanıb. Hər başlıq altında dünən tarix xatirinə araşdırılmayıb, bugünün mənzərəsi boşuna şəkilləndirilməyib. Dünənin, bugünün bağrını başından qopan nəsihətlər və vəsiyyətlər sabahın sağlam təməl üzərində qurulmasına hesablanıb. Hiss olunur ki, kitab çox gərgin və fədakar əməyin bəhrəsi nəticəsində, müəllifin türk ruhana nəhayətsiz sevgisinin və heyranlığının nəticəsində araya-ərsəyə gətirilib. Aydın olan budur ki, düşmənlərimizin bizlərə qarşı tarixən formalaşan məkirli məqsəd və niyyətləri hələ də öz ampluasında qalıb. Türk xalqlarına ötürülən mesaj budur ki, ey türk titrə və daim özünə dön, sən özünə dönəndə basılmaz və möhtəşəm olursan. Ey türk, sən özünü kəsən qılınc olma, özün özünə arxa-dayaq ol. Ey türk, sən yağının şirin dilinə, İpəyinə, qumaşına uyub dostunu, qardaşını ona satma. Ey türk, sən ruhən bu dünyada ən azad insan türüsən, həmişə bunun fərqində ol. Ey türk, sən heç vaxt özünü, kimliyini unutma, sən özünü, kimliyini unudanda başqalarına yem olursan, sən mankurtlaşanda səni müalicə etmək olmur…
Kitabdan hasil olan başqa bir qənaət budur ki, tarixən türkün türkdən başqa döstu olmayıb. Türkün faciəsi ancaq özü özünə qənim kəsiləndə başlayıb. Atdan düşəndə türkü türkdən başqa kimsə atlandırmayıb. Tarixən türk bir olanda kimsə ona bata bilməyib. Həmişə türkü bir-birindən ayırıb buyurublar. Bu ayır-buyur siyasəti indi də davam edir…

Kitabdan hasil olan digər bir nəsnə budur ki, dünyanı yönəldən sonuncu üç böyük Türk imperiyasının – Osmanlının, Səfəvinin, Moğulun taleyində fəsadlar özbaşına baş verməyib. Onların zamanla vaxtında ayaqlaşmaması, mənasız yerə bir-biriylə dil tapmaması, bir-biriylə didişməsi nəticəsində türk xalqları faciələr yaşamağa məcbur olublar. Və bu səbəbdən 1800-ci ildən üzü bəri ingilislər Hindistanı, ruslar isə türküstanı, Azərbaycanı işğal ediblər. 1920 -ci ildə isə onların iş birliyi Osmanlının sonun gətirib. Atatürk vaxtında yeni dünyayla ayaqlaşaraq Türkiyə Respublikasının yaratmaqla türkü ingilis-rus bəlasından qoruya bildi…

(Ardı olacaq)
Mübariz Məsimoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?