Modern.az

Güləşçilərimiz 5 medal qazandılar

Güləşçilərimiz 5 medal qazandılar

İdman

Bu gün, 00:19

Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatının 6-cı günündə 5 medal qazanıblar.

Modern.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, Hüseyn Rzazadə (48 kq) finalda ukraynalı Volodimir Boykoya heç bir şans tanımayıb.

Rəqibinə vaxtından əvvəl (12:0) qalib gələrək Avropa çempionu olub.

Abbas Şəfiyev (55 kq) macarıstanlı Kiril Şumeykonu 13:7 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.

Rəşid Nazarov (65 kq) finalda rusiyalı Maksim Monquşa (2:14) məğlub olub və gümüş medalla kifayətlənib.

Nihad Süleymanlı (80 kq) finalda türkiyəli Emirhan Çayıra tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Hakim Tağıyev (110 kq) isə bürünc medal görüşündə belaruslu Daniil Jivuladan güclü olub – 3:1.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?