Modern.az

Bakıda WUF13 başlayır

Bakıda WUF13 başlayır

Aktual

Bu gün, 00:00

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 tədbiri başlayıb.

Modern.az xəbər verir ki, beynəlxalq tədbirdə müxtəlif ölkələrdən hökumət nümayəndələri, şəhərsalma üzrə ekspertlər, memarlar və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir.

Forum çərçivəsində dayanıqlı şəhər inkişafı, iqlim dəyişiklikləri, urbanizasiya, nəqliyyat infrastrukturu və müasir şəhər planlaması ilə bağlı müzakirələr aparılacaq. Tədbir zamanı iştirakçılar arasında təcrübə mübadiləsi də həyata keçiriləcək.

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarının nümayişi baxımından əhəmiyyətli hesab olunur. Forum çərçivəsində bir sıra panel iclasları, sərgilər və təqdimatlar təşkil ediləcək.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu BMT-nin İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən keçirilir və şəhərlərin gələcək inkişaf strategiyalarının müzakirə olunduğu əsas beynəlxalq platformalardan biri sayılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?