Ermənistan Parlamentinin keçmiş deputatı Ruben Akopyan saxlanılıb.
Modern.az xəbər verir ki, bunu onun özü sosial şəbəkələrdə yazıb.
Akopyanın oğlu Samvel atasının İstintaq Komitəsinə aparıldığını bildirib.
O, həmçinin yeni bir işin başlandığını, lakin təfərrüatların hələlik məlum olmadığını deyib.
Xatırladırıq ki, 2025-ci ilin dekabrında məhkəmə Ruben Akopyanı hakimiyyəti zorla ələ keçirməyə çağırmaqda günahkar bilib və onu 2,7 milyon dram (təxminən 7 min dollar) cərimə edib.
Ruben Akopyan, 7 iyun parlament seçkisindən öncə Baş nazir Nikol Paşinyanın minlərlə əsgərin ölümünə və “Artsax”ın itirilməsinə görə cavabdeh olacağını bildirmişdi.
***
"Güclü Ermənistan" blokundan iki deputatlığa namizəd - Ruslan Barseqyan və Aşot Yegiazaryan da həbs edilib.
İstintaq Komitəsinin məlumatına görə, onlar seçki rüşvətinin verilməsində və alınmasında iştirak etməkdə ittiham olunub.
Xatırladaq ki, iyunun 17-də Mərkəzi Seçki Komissiyası prokurorluğun Asatur Köçəryan, Ruslan Barseqyan və Aşot Yegiazaryanın toxunulmazlığının ləğvi ilə bağlı tələbini təmin edib.