Rusiya və Ukrayna Belarusun vasitəçiliyi ilə mülki şəxslərin qarşılıqlı qaytarılmasını həyata keçirib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets və Belarusun dövlət agentliyi “BelTA” məlumat yayıb.
Bildirilib ki, proses nəticəsində 15 nəfər Ukraynaya, üç nəfər isə Rusiyaya təhvil verilib.
Ukraynaya qaytarılan mülki şəxslərin ən yaşlısının 96, ən gəncinin isə 49 yaşı var.
Tərəflər arasında mübadilə Ukrayna-Belarus sərhədində yerləşən “Novaya Quta” sərhəd-keçid məntəqəsində baş tutub.