Modern.az

Türkiyədən azərbaycanlı qazilərə xüsusi jest - GÖRÜNTÜ

Türkiyədən azərbaycanlı qazilərə xüsusi jest - GÖRÜNTÜ

Aktual

19 Sentyabr 2026, 18:25

Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MMN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, 19 Sentyabr - Qazilər Günü münasibətilə Azərbaycandan olan qazilər və onların ailə üzvləri idarədə qəbul edilib.

"Birlikdə güclü, birlikdə qardaşıq.

Ankara Hava Muzeyi Baş İdarəsində keçirilən mənalı proqramda qəhrəmanlarımızın xatirələrini dinlədik, ortaq tariximizin və zəfərlərimizin qürurunu hamımız birlikdə bölüşdük", - paylaşımda bildirilib.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...