Modern.az

Casusluqda ittiham olunan erməni diplomat yenidən məhkəmədə

Casusluqda ittiham olunan erməni diplomat yenidən məhkəmədə

Aktual

Bu gün, 18:06

Ermənistanda əvvəllər dövlətə xəyanətdə ittiham olunan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Aşxen Aleksanyanın işi yenidən birinci instansiya məhkəməsində araşdırılacaq.

Modern.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun apellyasiya şikayəti əsasında Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi sentyabrın 22-də işin yenidən baxılması barədə qərar qəbul edib. Birinci instansiya məhkəməsi daha əvvəl dövlətə xəyanət ittihamını vəzifə səlahiyyətləri ilə bağlı maddəyə tövsif etmiş və Aleksanyanı iki il müddətinə azadlıqdan məhrum etmişdi.

Aleksanyanın müdafiə tərəfi apellyasiya qərarına etiraz edir. Vəkillərin fikrincə, belə ağır ittihamla bağlı qərarın işin halları şifahi məhkəmə iclasında araşdırılmadan, yazılı icraat qaydasında qəbul edilməsi narahatlıq doğurur.

Müdafiə tərəfi qərardan Ermənistanın Kassasiya Məhkəməsinə şikayət verəcəyini, zərurət yaranarsa, Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciət edəcəyini bildirib. İşin yenidən baxılmağa göndərilməsi dövlətə xəyanət ittihamı üzrə təqsirin sübuta yetirildiyi anlamına gəlmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sertifikasiyada nələr çətinləşəcək?-Müəllimlərə xəbərdarlıq