Modern.az

Ceyhun Bayramov “Tramp marşrutu”ndan danışdı

Ceyhun Bayramov “Tramp marşrutu”ndan danışdı

Aktual

Bu gün, 08:51

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda “Sülh vasitəsilə rifah: Transxəzər ticarət marşrutuna və TRIPP-ə investisiyalar” mövzusunda tədbirdə çıxış edib.

Modern.az xəbər verir ki, ABŞ hökumətinin BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində təşkil etdiyi tədbir barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.

Nazir bildirib ki, nəqliyyat və logistika əlaqələrinin inkişafı regionda iqtisadi artımı sürətləndirə, təchizat zəncirlərinin dayanıqlığını artıra və yeni investisiya imkanları yarada bilər.

Tədbirdə əsas diqqət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutan TRIPP layihəsinə yönəlib. Bayramov layihənin həyata keçirilməsi istiqamətində ABŞ-ın səylərini yüksək qiymətləndirib. O vurğulayıb ki, TRIPP nəqliyyatla yanaşı, regional enerji əlaqələrinin inkişafı üçün də imkanlar yaradır.

Ceyhun Bayramov Azərbaycanın Bakı Limanı və Ələt Azad İqtisadi Zonası ətrafında vahid nəqliyyat və logistika mərkəzinin qurulmasına investisiyaları davam etdirdiyini də bildirib. Nazir logistika və gömrük prosedurlarının sadələşdirilməsinin, rəqəmsallaşmanın və regional tərəfdaşlar arasında əlaqələndirmənin gücləndirilməsinin vacibliyini qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sertifikasiyada nələr çətinləşəcək?-Müəllimlərə xəbərdarlıq