Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Türkiyənin ölkəsinin suverenliyinə təhlükə yaratdığını düşünmədiyini bildirib.
Modern.az xəbər verir ki, Simonyan bunu Ermənistandakı Rusiyaya məxsus 102-ci hərbi bazanın mümkün çıxarılması ilə bağlı sualı cavablandırarkən deyib.
“Türkiyədən Ermənistanın suverenliyinə təhlükə görmürəm. Avqustun 8-dən bəri ümumiyyətlə hər hansı təhlükə görmürəm. Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu da Türkiyə amili ilə əlaqələndirmək istəmirəm”, – o bildirib.