Modern.az

Formula 1-lə əlaqədar əhaliyə müraciət etdi

Formula 1-lə əlaqədar əhaliyə müraciət etdi

Aktual

Bu gün, 17:35

Daxili İşlər Nazirliyi (DİN) Formula 1 Azəbaycan Qran-Prisi ilə əlaqədar əhaliyə müraciət ünvanlayıb.

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərində keçirilən yarışla əlaqədar məhdudiyyət tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücülərin və piyadaların mənzilbaşına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “Fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələri, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələri, səyahətlərini məhdudiyyət tətbiq olunmuş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmaları tövsiyə edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?