Modern.az

İrəvanda qalmaqal: topçu Albertin divar rəsmini sildilər

İrəvanda qalmaqal: topçu Albertin divar rəsmini sildilər

Aktual

Bu gün, 11:31

Ermənistanın paytaxtı İrəvanda 44 günlük müharibənin ildönümünə bir neçə gün qalmış topçu Albert Ovannisyanın təsvir olunduğu divar rəsmi şəhər meriyasının göstərişi ilə silinib. Bu hadisə sosial şəbəkələrdə müzakirələrə və etirazlara səbəb olub.

Modern.az xəbər verir ki, İrəvan meriyasının addımı sərt şəkildə tənqid olunub. 

İrəvan meriyası isə bəyan edib ki, bu cür rəsmlərin küçələrdə yerləşdirilməsi üçün əvvəlcədən icazə alınmalıdır. Bunun üçün işin eskizi təqdim edilməli, həmçinin onun məqsədi və məzmunu göstərilməlidir.

Xatırladaq ki, Albert Ovannisyan 44 günlük müharibə zamanı İrəvanda "erməni əsgərinin rəşadətinin simvolu"na çevrilmişdi. 2020-ci ilin oktyabrında Azərbaycan hərbçiləri Albert Ovannisyanı məhv ediblər.

Albertin Azərbaycan Ordusu tərəfindən məhv edilməsi erməni hərbçilər və mülki əhali arasında ruh düşkünlüyünü bir qədər də artırmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı