Modern.az

Salyanda şəhidlərin xatirəsinə ağaclar əkildi - GÖRÜNTÜ

Salyanda şəhidlərin xatirəsinə ağaclar əkildi - GÖRÜNTÜ

Aktual

Bu gün, 13:55

“27 sentyabr – Anım Günü”nün altıncı ildönümü ilə əlaqədar Salyanda ağacəkmə aksiyası keçirilib.

Modern.az xəbər verir ki, aksiya şəhidlərin əziz xatirəsinin yad edilməsi və ətraf mühitin yaşıllaşdırılmasına töhfə vermək məqsədilə təşkil olunub.

Aksiyada Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Aşağı Noxudlu kəndi ərazisindən keçən 57-ci kilometrində yol kənarlarına müxtəlif növ ağaclar əkilib.

Yaşıllaşdırma aksiyası Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsinin başladığı gün – 27 sentyabr ölkədə Anım Günü kimi qeyd edilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı