Modern.az

Qazaxıstanlı iş adamı Bakıdakı forumdan danışdı

Qazaxıstanlı iş adamı Bakıdakı forumdan danışdı

Aktual

25 Sentyabr 2026, 16:20

“Çox maraqlı platformadır, hər şey çox yüksək səviyyədə təşkil olunub”

Modern.az xəbər verir ki, bunu İkinci Beynəlxalq İnvestisiya Forumunda iştirak edən “Qazaxıstan İzolyator Zavodu”nun baş kommersiya direktorunun müavini Tatyana Rıbalko deyib.

O bildirib ki, forum yeni tərəfdaşlarla görüşmək və müxtəlif regionlardan olan biznes nümayəndələri ilə əlaqələr qurmaq üçün yaxşı imkan yaradır:

“Burada istiqamətlənməyə kömək edən çoxlu heyətin olması xoşuma gəlir. Yeni tərəfdaşlarla görüşmək, belə bir məkanda qarşılaşacağını heç ağlına belə gətirmədiyin insanlarla tanış olmaq imkanı var.

Hətta gözləmədiyim halda, Qırğızıstanda birgə işləyəcəyim insanlarla burada qarşılaşdım və artıq onlarla görüş təyin etdim. Yəni biz biznes tərəfdaşlarımızla yalnız Azərbaycanda deyil, bu tədbirdə iştirak edən digər regionlar üzrə də görüşmək imkanı əldə edirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!