Modern.az

Ərdoğan: Türkiyə təhlükəsizliyinə təsir edə biləcək addımları diqqətlə izləyir

Ərdoğan: Türkiyə təhlükəsizliyinə təsir edə biləcək addımları diqqətlə izləyir

Aktual

25 Sentyabr 2026, 16:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın üçüncü ölkələrlə münasibətlərinə və bunun Ankaranın təhlükəsizliyinə mümkün təsirinə münasibət bildirib.

Modern.az xəbər verir ki, Ərdoğan Yunanıstanın və ya başqa bir ölkənin üçüncü dövlətlərlə əməkdaşlıq qurmasının onların öz seçimi olduğunu deyib.

“Türkiyə hər ikitərəfli əməkdaşlığı özünə qarşı yönəlmiş təhdid kimi qiymətləndirmir. Bununla belə, milli təhlükəsizliyimizi, qanuni hüquq və maraqlarımızı təhlükə altına sala biləcək hər bir addımı diqqətlə izləyirik”, – Türkiyə Prezidenti bildirib.

Ərdoğan Türkiyənin NATO-da güclü mövqeyə və əhəmiyyətli təsirə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, ehtimal olunan hərbi toqquşmanın alyans üçün nəticələrini müzakirə etməkdənsə, belə bir vəziyyətin yaranmasının qarşısını almaq üçün diplomatiyaya diqqət yetirmək daha məqsədəuyğundur.

Sizə yeni x var
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!