ABŞ-nin İranın aviasiya sektoruna qarşı sanksiyaları sərtləşdirməsindən sonra da Tehran–İrəvan istiqamətində uçuşların davam etdiyi bildirilir.
Modern.az xəbər verir ki, İran mediası Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru Ramin Kaşef Azara istinadən İran aviaşirkətlərinin Ermənistan, Rusiya, Çin və Türkiyəyə uçuşlar həyata keçirdiyini yazıb.
Göndərilən məlumatda İrəvanın “Zvartnots” hava limanının onlayn cədvəlində bu gün Tehrandan iki reysin gəlişinin nəzərdə tutulduğu qeyd olunur. Reyslərin faktiki enişi barədə ayrıca təsdiq əldə edilməyib.
ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də İranın aviasiya sektoru ilə əlaqəli 36 hədəfə sanksiya tətbiq etdiyini açıqlayıb. Vaşinqton sanksiya tətbiq edilən aviaşirkətlərə xidmət göstərən xarici qurumların da məhdudiyyətlərlə üzləşə biləcəyi barədə xəbərdarlıq edir.