Modern.az

“Əsgər Vətəni, həkim insan həyatını müdafiə edir” – Arzu Nağıyev

“Əsgər Vətəni, həkim insan həyatını müdafiə edir” – Arzu Nağıyev

Aktual

Bu gün, 13:19

Bakı Sağlamlıq Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə deputatlar Arzu Nağıyev və Azay Quliyev, həmçinin Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev iştirak edərək çıxış ediblər.

Deputat Arzu Nağıyev çıxışında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədə Silahlı Qüvvələrlə yanaşı, digər sahələrin nümayəndələrinin də mühüm rol oynadığını bildirib.

O qeyd edib ki, tarixi Zəfərin əsasını Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti və xalqın birliyi təşkil edib.

“Zəfərimizin səbəbi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, eyni zamanda rəşadətli Azərbaycan Ordusu və şəhadəti şərəf sayan Azərbaycan xalqının vəhdətidir.

Müharibə zamanı heç kim bu müharibənin dayandırılmasını tələb etmədi, heç kim “Niyə mənim övladımı aparırsınız?” demədi. Məhz buna görə də 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Qələbə qazandı.

Burada Prezident İlham Əliyevin apardığı informasiya müharibəsinin, dörd dildə bütün dünyaya haqq səsimizi çatdırmasının da böyük rolu var”, – deyə deputat vurğulayıb.

Arzu Nağıyev qazilərə müraciət edərək onların Vətən uğrunda göstərdikləri fədakarlığın heç vaxt unudulmamalı olduğunu bildirib. O, qazilərə dəstəyin yalnız bayram günləri ilə məhdudlaşmamalı, onların problemlərinə, sağlamlığına və sosial rifahına daim diqqət göstərilməli olduğunu qeyd edib.

Deputat müdafiə və təhlükəsizlik xərclərinin artırılmasına da toxunub. Onun sözlərinə görə, bu vəsaitlər yalnız silahlanma və müdafiə infrastrukturu üçün deyil, həm də hərbçilərin, veteranların və təqaüddə olan şəxslərin sosial rifahının yaxşılaşdırılması üçün nəzərdə tutulur.

Arzu Nağıyev çıxışında həkim əməyinin əhəmiyyətini də xüsusi vurğulayıb. Həkim ailəsində böyüdüyünü bildirən deputat Bakı Sağlamlıq Mərkəzinin kollektivinə və ümumilikdə tibb işçilərinə təşəkkürünü çatdırıb.

“Əsgər döyüş meydanında Vətəni müdafiə edirsə, həkim də öz biliyi, peşəkarlığı və fədakarlığı ilə insan həyatını qoruyur. Dünyada həyatdan şirin heç nə yoxdur. Məhz həyatı qoruyan həkimlərdir. Ona görə də sizin qarşınızda baş əyirik ki, belə oğullarımızı, belə vətənpərvər qazilərimizi həyata qaytarmısınız”, – deyə deputat bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı