Modern.az

2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər

2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər

İqtisadiyyat

Bu gün, 10:57

Azərbaycanın 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur.

Modern.az xəbər verir ki, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunur.

Layihəyə əsasən, büdcə gəlirləri 2026-cı ilin proqnozu ilə müqayisədə 645 milyon manat və ya 1,7 faiz, xərclər isə 696,4 milyon manat və ya 1,7 faiz çox olacaq.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat, yaxud ümumi daxili məhsulun 2,2 faizi səviyyəsində proqnozlaşdırılır.

Gəlirlərin 23 milyard 774 milyon manatının qeyri-neft-qaz, 15 milyard 480 milyon manatının isə neft-qaz sektorundan formalaşacağı gözlənilir. Qeyri-neft-qaz sektorunun büdcə gəlirlərində payı 60,6 faiz təşkil edəcək.

Dövlət Neft Fondundan büdcəyə 11 milyard 900 milyon manat transfert nəzərdə tutulur. Bu, cari ilin proqnozundan 935 milyon manat və ya 7,3 faiz azdır.

Gələn il sosialyönlü xərclərə 18 milyard 733,4 milyon manat yönəldilməsi planlaşdırılır. Bu, büdcə xərclərinin 44,2 faizini təşkil edir və cari illə müqayisədə 1 milyard 582,1 milyon manat çoxdur.

Əsas xərc istiqamətlərindən müdafiə və milli təhlükəsizliyə 8 milyard 816,4 milyon manat, təhsilə 5 milyard 99 milyon manat, sosial müdafiə və sosial təminata 4 milyard 914 milyon manat, səhiyyəyə isə 2 milyard 84,1 milyon manat nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və digər tədbirlər üçün büdcənin bütün xərc bölmələri üzrə ümumilikdə 3 milyard 422 milyon manat yönəldilməsi planlaşdırılır.

Dövlət borcuna xidmət xərcləri üçün isə 2 milyard 200 milyon manat nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!