Modern.az

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

Dünya

Bu gün, 01:13

ABŞ Prezidenti Donald Tramp Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ABŞ müstəqilliyinin 250 illiyi şərəfinə təqdim etdiyi hədiyyəyə görə təşəkkürünü bildirib.

Modern.az xəbər verir ki, o bu barədə “Truth Social” sosial media platformasında paylaşım edib.

“Özbəkistanın hörmətli Prezidenti Şavkat Mirziyoyevə gözəl özbək çardaqlarına görə təşəkkür etmək istəyirəm”, - Ağ Ev rəhbəri yazıb.

Qeyd edək ki, Mirziyoyev amerikalı həmkarına qoz ağacından yonulmuş, “eyvan” adlanan iki ədəd çardaq hədiyyə edib.

Sizə yeni x var
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı