ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi kampaniyanın yanvarın sonunadək maliyyələşdirildiyini bildirib.
Modern.az xəbər verir ki, Tramp əməliyyata qarşı çıxan demokratların onun gedişinə mane ola biləcəyini deyib.
Trampın sözlərinə görə, ABŞ-nin məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır. O bildirib ki, İsraildən fərqli olaraq, ABŞ İranda hakimiyyəti güc yolu ilə dəyişdirməyi hədəfləmir.
“Sadəcə, onların nüvə silahına sahib olmasını istəmirəm. Rejim dəyişikliyinin nə tərəfdarı, nə də əleyhdarı olmuşam”, – deyə Tramp əlavə edib.