Bu gün Azərbaycanda Türkiyə ilə ilgili ən çox maraq edilən sual “1100 akademisyen”lərdir, onların kimliyidir, nədən bunların belə bir xəyanət yolu tutmalarıdır. Özəl və dövlət üniversitetlerində işləyən 1100 akademisyenin imzaladığı bildiridə "Dövlətin başda kürd xalqı olmaqla tüm bölgə xalqlarına qarşı gerçəkləştirdiyi qətliam və uyguladığı düşünülmüş sürgün politikasından dərhal vaz keçməsi lazımdır" kimi ifadələr yer almışdı. Dövlətin PKK-ya qarşı qərarlı addımlarına qarşı çıxan , onu ağır ifadələrlə suçlayan bu adamların məqsədləri nələrdir? Bir ölkədə bu qədər xain olarmı? Məndən də soruşurlar, cavab verməkdə çətinlik çəkirəm...
Bu səbəbdən qısa bir araşdırma apardım. Öncə “bunlar kimdir” sualı çıxdı ortaya və bu kifayət elədi ki, nəticə hasil olsun. Onların bir neçəsindən vaxtilə mən yazmışam. Onlardan biri- Hasan Cemalı “Modern” oxucularına tanıtmağa çalışmışdım. O 1922-ci ildə Tiflisdə öldürülən İttihat və Tərəqqi liderlərindən Cemal paşanın özbəöz nəvəsidir. Onu İrəvana gedəcəyini eşidərkən məni çox sevinmişdim ki, gedib babasını öldürənlərdən hesab soracaq, amma gedib qondarma “erməni soyqırımı” abidəsinə çiçək qoydu, ermənilərdən üzr dilədi. Sonra kitab yazdı, adını da “1915 erməni soyqırımı” qoydu. İddia etdi ki, Türklər erməniləri soyqırıma məruz qoyub. (“Dünən Ali Kemal, bu gün Hasan Cemal” “Modern.az” 03.12.2012)
“Modern”də ikinci bu səpkili yazım “akademisyen“ Nagehan Alçı adında bir yazar haqqında idi. O zaman bu xanım qəzetəndə yazmışdı: “Biz Türkiyede yanlış yapmışız. Şimdi anlıyorum ki, Dağlık Karabağ yüzde yüz ermeni toprağıdır ve siz bu toprakları vermemek için yeteri kadar karalılısınız”. Onun da cavabını həm Türkiyə, həm də Azərbaycan mətbuatında verdim.(“Qarabağın sahibi var, Nagehan xanım!” “Modern”10.11.2014)
Digər antitürk və mənim nəzərimdə millətinə zərər verən adamlarla da “təmaslarım” olub. Erməni yanlısı olduğunu açıq söyləyən Oral Çalıştar adında bir “aydın” Kuzey Kıbrısda bir konfransda beş dəfə Ermənistana getdiyini və hər dəfəsində böyük hörmətlə qarşılandığını söylərkən.”ermənilər bilirlər kimə hörmət edirlər” dedim. Onun “kimə” sualına isə “xainlərə!” demişdim. Bu gün də o fikirdəyəm və bu məsələ ortaya çıxanda “ermənilərdən üzr diləyək” kampanyası yadıma düşdü. Və ən qəribəsi də odur ki, o kampaniyada yer alanlar indi də bu kampaniyanın öncüllüyünü üstənənlərdi. O zamankı xain "üzr diləyirəm”in kampaniya mətnində “1915-ci ildə Osmanlı ermenileri'nin məruz qaldığı böyük fəlakətə laqeyd kalınmasını, bunun inkar edilməsini vicdanım qəbul etmir. Bu ədalətsizliyi rədd edir, öz payıma erməni qardaşlarımın duyğu və ağrılarını paylaşır, onlardan üzr diləyirəm" demişdilər.
İndi də Şərqi Anadoluda öldürülən terrorçular üçün eyni şeyi söyləməkdədirlər.
Nə dərəcədə kor olmalısan ki, bu xəyanəti görməyəsən?
15.01. 2016