Modern.az

İçində 11 azərbaycanlının olduğu gəmi batdı

İçində 11 azərbaycanlının olduğu gəmi batdı

Aktual

28 Avqust 2026, 16:37

Qara dənizdə azərbaycanlıların olduğu yük gəmisi batıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Məlumata görə, hadisə gecə saatlarında baş verib. "Cunda" şirkətinə məxsus Palau bayrağı altında üzən "Svetoslava" adlı quru yük gəmisi Türkiyənin Samsun limanından üzü Giurgiulesti Moldova limanına doğru gedirmiş.

Gəminin göyərtəsində 11 Azərbaycan, 1 Türkiyə və 1 Rusiya vətəndaşı olub. Onların hamısının xilas olunduğu və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qeyd olunur ki, dənizçilərin vəziyyəti qənaətbəxşdir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı