Avqustun 29-da İslandiyada referendum keçiriləcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə zamanı ölkə vətəndaşları Avropa İttifaqına üzvlüklə bağlı danışıqların Brüssellə yenidən bərpa olunub-olunmamasına münasibət bildirəcəklər.
Səsvermə ərəfəsində aparılan sorğulara görə, İslandiya vətəndaşlarının yalnız təxminən yarısı Reykyaviklə Brüssel arasında yaxınlaşmanı dəstəkləyir. Bununla belə, referendumda danışıqların bərpasına “hə” cavabının verilməsi İslandiyanın avtomatik olaraq Avropa İttifaqına üzv olmaq qərarı qəbul etdiyi anlamına gəlməyəcək.
Səsvermədə əsas məsələ Aİ-yə üzvlük deyil, üzvlüklə bağlı danışıqların yenidən başlanması olacaq.
Əgər seçicilərin əksəriyyəti danışıqların bərpasını dəstəkləsə, prosesin özü bir neçə il davam edə bilər. Bundan sonra İslandiyanın Aİ-yə üzv olub-olmaması ilə bağlı ayrıca qərar mərhələsi qarşıda olacaq.