Modern.az

113 min nəfər Gürcüstana qaçdı - Səfərbərlik qorxusu

113 min nəfər Gürcüstana qaçdı - Səfərbərlik qorxusu

Dünya

Bu gün, 14:09

Rusiyada mümkün yeni səfərbərliklə bağlı yayılan şayiələr fonunda 113 mindən çox Rusiya vətəndaşı bir həftə ərzində Gürcüstana gedib.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, 2022-ci ilin payızında Rusiya Prezidenti Vladimir Putinin səfərbərlik elan etməsindən sonra ölkəni kütləvi şəkildə tərk edən rusiyalılar bu dəfə mümkün səfərbərliklə bağlı xəbərlər fonunda hadisələri gözləmədən ölkədən çıxmağa başlayıblar.

Rusiya rəsmilərinin dəfələrlə yeni səfərbərliyin planlaşdırılmadığını bildirməsinə baxmayaraq, bir çox rusiyalının əvvəlki təcrübəni nəzərə alaraq ölkəni qabaqcadan tərk etdiyi bildirilir.

“Politico”nun məlumatına görə, ötən həftə təxminən 113 min Rusiya vətəndaşı Gürcüstan istiqamətində “Yuxarı Lars” sərhəd-keçid məntəqəsindən keçib. Gürcüstan Rusiyadan quru yolla vizasız getməyin mümkün olduğu azsaylı ölkələrdən biridir.

Avqustun 20-də isə sərhəd-keçid məntəqəsindən 20 mindən çox insan keçib. Rusiya Federal Gömrük Xidməti həmin göstəricinin əvvəlki illərlə müqayisədə “əhəmiyyətli dərəcədə yüksək” olduğunu açıqlayıb.

Həmin gün Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, səfərbərlik “planlaşdırılmır və gözlənilmir”.

Qeyd edək ki, Nebenzya daha əvvəl də Ukraynaya müdaxilə ilə bağlı Qərbin xəbərdarlıqlarını təkzib edib. Belə ki, 31 yanvar 2022-ci ildə o, Qərb ölkələrinin Rusiyanın Ukraynaya hücuma hazırlaşması ilə bağlı açıqlamalarını “əsassız və təxribat xarakterli” adlandırmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!