Modern.az

Bakıda məhkəmə sədri öldü

Bakıda məhkəmə sədri öldü

Allah rəhmət eləsi̇n

20 Dekabr 2021, 16:50

Azərbaycanda məhkəmə sədri vəfat edib.

 

Bu barədə Modern.az Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

 

Bildirilib ki, Bakı Şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov dekabrın 19-da 60 yaşında dünyasını dəyişib.

 

O, şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

 

Qeyd edək ki, 1961-ci il təvəllüdlü T.Mahmudov 2000-2007-ci illərdə Nəsimi Rayon Məhkəməsinin hakimi, 2007-2015-ci illərdə Ali Məhkəmənin hakimi, Hərbi Kollegiyasının sədri, 2015-2021-ci illərdə Gəncə Apelyasiya Məhkəməsinin sədri olub. O, 2021-ci ildən isə Pirallahı Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı