Modern.az

BDU-nun şöbə müdiri vəfat edib

BDU-nun şöbə müdiri vəfat edib

Allah rəhmət eləsi̇n

22 Dekabr 2021, 11:38

Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin müdiri, dosent Adil Xasayev vəfat edib.


Universitetdən Modern.az-a verilən məlumata görə, 76 yaşında dünyasını dəyişən A.Xasayev 1968-1970-ci illər mərkəzi geoloji-kəşfiyyat Elmi Tədqiqat İnstitutunun Bakı laboratoriyasında kiçik elmi işçi, 1970-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasının əyani aspirantı olub, sonralar dosenti kimi çalışıb.

"Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası" fənnini tədris edib. 1992-2016-cı illərdə Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

150-dən artıq elmi əsərin , o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifi olub.

 

Allah rəhmət eləsin…

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı