Modern.az

Ermənilərə qarşı döyüşmüş prokuror vəfat edib

Ermənilərə qarşı döyüşmüş prokuror vəfat edib

Allah rəhmət eləsi̇n

1 İyun 2022, 11:07

Uzun illər ölkənin prokurorluq orqanlarında mühüm vəzifələrdə xidmət etmiş baş ədliyyə müşaviri Şahmalı  Məmmədov ömrünün 82-ci ilində vəfat edib.

 

Modern.az xəbər verir ki, Şahmalı Ağqıraq oğlu Məmmədov 10 fevral 1941-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub, Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən (1968) sonra prokurorluq orqanlarına göndərilib. Ağdam və ezamiyyə qaydasında Bərdə rayonunda işləyərkən bir sıra qatı cinayətlərin üstünü açıb, həmin 1969-cu ildən Dağlıq     Qarabağ Muxtar Vilayəti prokurorluğuna baş müstəntiq  göndərilib. Daha sonra o zamanlar “çətin rayonlardan” sayılan Kəlbəcərdə  beş il (1973-1977) prokuror işləyib.

 

Yenidən Dağlıq Qarabağa qaytarılan Ş.Məmmədov vilayət prokurorunun böyük köməkçisi (azərbaycanlıların işləri üzrə müavin vəzifəsinə bərabər) təyin olunub. 1988-ci ildə “Qarabağ məsələsi” alovlananda hadisələrin içərisində olub, yerli şəraitə yaxından bələd olan bir işçi kimi fəaliyyəti respublikanın o zamankı baş prokurorları Murad Babayev və İsmət Qayıbov tərəfindən yüksək qiymətləndirilib.

 

Erməni terrorçuları tərəfindən həyatına bir neçə dəfə sui-qəsd olunub. Birində onun iki yoldaşı həlak olub, o birində  partlayış onların mindikləri avtobusun təkərlərini qoparıb. 1992-ci il yanvarın 10-da baş vermiş sui-qəsd də boşa çıxıb, tabel silahını işə salaraq terrorçuları dəf edib. Azərbaycanlı məsul işçilərin bir-bir Xankəndini tərk edib getdikləri halda onun qalıb işləməsi erməniləri hiddətləndirib,  təşkil etdikləri mitinqlərdə  tez-tez onun əleyhinə şüarlar qışqırıblar.

 

Ş.Məmmədov Xankəndini yalnız DQMV ləğv ediləndən sonra tərk edib.  Sonrakı illərdə təqaüdə çıxanadək  Baş Prokurorluq kadrlar idarəsinin rəisi olub. Prokurorluq orqanlarında fəaliyyətinə dövlət tərəfindən yüksək qiymət verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı