Modern.az

Azərbaycan Finlandiyaya yenə uduzdu: 1-2

Azərbaycan Finlandiyaya yenə uduzdu: 1-2

5 Sentyabr 2009, 22:33

Bu gün Azərbaycanın futbol üzrə milli komandası Dünya çempionatının seçmə mərhələsinin qrup oyunları çərçivəsində Finlandiya yığmasını qəbul edib. Komandamız ilk dəfə rəsmi oyunda rəqibini paytaxtdan kənarda - Lənkəran şəhər stadionunda qəbul edib.
Kiprli hakimlər briqadasının idarə etdiyi oyun bizim üçün ənənəvi sonluqla bitib, komandamız yenə məğlub olub. Matçın 49-cu dəqiqəsində Elvin Məmmədov millimizi hesabda irəli çıxarıb. Amma Markus Heykinen 74-cü, Conatan Yohansson isə 87-ci dəqiqədə iki qol vurmaqla finlərə qələbə qazandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi